Bazar , Oktyabr 2 2022
Qaçan xəbərlər

Qazaxıstandan reportaj – matəm elan olundu

Qazaxıstan hakimiyyəti şənbə günü “iğtişaşların təşkilatçıları və təhrikçiləri” də daxil olmaqla, 4404 nəfərin saxlanıldığını bildirib. Saxlanılan iki nəfər kütləvi iğtişaşların təşkilində “ittiham olunur”.

Şənbə günü səhər etirazların mərkəzi olan Almatı şəhərində atışma səslərinin eşidildiyi xəbər verilir.

Daxili İşlər Nazirliyi daha əvvəl bildirib ki, saxlanılanlar arasında xarici vətəndaşlar da var və Almatı vilayətinin kəndlərindən yalnız birində qonşu ölkənin 100-dən çox vətəndaşı saxlanılıb (ölkənin adı göstərilmir – red.)

Ötən axşam polis 4 minə yaxın insanın həbs olunduğunu və onların ömürlük həbs cəzası ilə üzləşdiyini bildirmişdi.

Bazar günü Qazaxıstanın neftlə zəngin Manqistau vilayətində maye qazın qiymətinə görə başlayan etirazlar çərşənbə axşamı günü ölkənin demək olar ki, bütün iri şəhərlərini əhatə edib.

Qazaxıstan Prezidenti etirazların mərkəzi olan Almatı şəhərinə “20 min quldurun” hücum etdiyini bildirib. O, heç bir sübut gətirmədən etirazlarda xaricdə təlim keçmiş “terrorçuları” günahlandırıb.

Nursultan Nazarbayev “Qazaxıstandadır”

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev ölkənin paytaxt şəhərindədir, bu barədə onun mətbuat katibi bildirib.

“Elbası Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərindədir. Xahiş edirəm, bilərəkdən yalan və spekulyativ məlumatlar yaymayın”, – Aidos Ukibayın yanvarın 8-də yazdığı tvitində deyilir.

Bir müddət əvvəl keçmiş prezidentin xaricə getdiyi barədə məlumatlar yayılmışdı.

Mətbuat katibi başqa bir tvitində Nursultan Nazarbayevin “Qazaxıstana dost dövlət başçıları ilə bir neçə telefon danışığı” apardığını yazıb.

Onun sözlərinə görə, sabiq dövlət başçısı hamını “mövcud çağırışları aradan qaldırmaq və ölkəmizin bütövlüyünü təmin etmək üçün” Qazaxıstan Prezidentinin ətrafında birləşməyə çağırır.

Nazarbayev ictimaiyyət qarşısına sonuncu dəfə dekabrın sonunda çıxıb. O vaxt sabiq Prezident Sankt-Peterburqda keçirilən MDB-nin qeyri-rəsmi sammitində iştirak edib.

Bundan əvvəl müstəqil Qazaxıstanın birinci prezidentinin keçmiş müşaviri Yermuxamet Yertısbayev Nursultan Nazarbayevin “ağır xəstə” olduğunu ehtimal edib.

10 yanvar milli matəm günü elan olunub

Qazaxıstanda 10 yanvar milli matəm günü elan olunub, bu barədə Prezident Kasım-Jomart Tokayev qərar verib.

“Ölkənin bir sıra regionlarıda baş vermiş faciəvi hadisələr nəticəsində çoxsaylı insan ölümü ilə əlaqədar Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 2022-ci il yanvarın 10-nu milli matəm günü elan etmək barədə qərar verib”, – Tokayevin mətbuat katibi Berik Uali öz Facebook səhifəsində yazıb.

“Xəbərdarlıq etmədən” atəş açmaq əmri”

Kasım-Jomart Tokayev deyib ki, hökumət əleyhinə nümayişlərin zorakılıqla yatırılması fonunda təhlükəsizlik qüvvələrinə “xəbərdarlıq etmədən atəş açmağı” əmr edib.

Bundan əvvəl BBC-nin Almatıdakı müxbiri bildirib ki, bir neçə gün davam edən zorakılıqlardan sonra vəziyyət xeyli sakitləşib, baxmayaraq ki, hələ də bəzi atışma və partlayış səsləri eşidilir.

Cümə günü televiziya ilə çıxışında cənab Tokayev etirazçılarla danışıqlar aparmaq çağırışlarını “cəfəngiyyat” adlandıraraq deyib: “Biz cinayətkarlar və qatillərlə hansı danışıqlar apara bilərik?!”. “Biz yerli, eləcə də xarici silahlı və yaxşı hazırlanmış quldurlarla mübarizə aparmalı olduq. Daha doğrusu, terrorçularla. Deməli, biz onları məhv etməliyik, bu, tezliklə həyata keçiriləcək,” – o deyib. Müxaliflər hakimiyyətin terrorla bağlı ittihamlarını rədd ediblər.

Paytaxt Nur-Sultanın adı rəsmi xəbərlərdə artıq “nəzərə çarpmır”

Qazaxıstan hakimiyyətinin rəsmi məlumatlarında paytaxtın adı artıq “Nur-Sultan” kimi keçmir.

Onun əvəzinə “paytaxt” və ya “Qazaxıstanın paytaxtı” kimi ifadələrdən istifadə olunur.

Bu, məqam bəzi media və Telegram kanallarının diqqətini çəkib.

2019-cu ildə Nursultan Nazarbayev Prezident vəzifəsini tərk etdikdən sonra, paytaxt Astananın adı “Nur-Sultan”a dəyişdirilib.

Tokayev Putinə təşəkkürünü bildirib

Prezident Kasım-Jomart Tokayev bildirib ki, Qazaxıstan hakimiyyətinin tələbi ilə ölkəyə gələn KTMT sülhməramlı qüvvələri müvəqqəti olaraq orada qalacaqlar. O, köməyə görə Rusiya prezidenti Vladimir Putinə təşəkkürünü bildirib.

“Xüsusi təşəkkür sözlərimi Rusiya Prezidenti Vladimir Putinə ünvanlayıram. O, müraciətimə çox operativ və ən başlıcası, dostcasına reaksiya verdi”.

Kasım-Jomart Tokayev, həmçinin Çin, Özbəkistan, Ermənistan, Belarus, Qırğızıstan, Tacikistan və Türkiyə liderlərinin köməyini də qeyd edib.

ABŞ: KTMT kontingentinin Qazaxıstana daxil olmasına nə səbəb oldu?

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, ABŞ Qazaxıstan hakimiyyətindən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) sülhməramlı kontingentinin ölkəyə daxil olması zərurətinə nəyin səbəb olduğuna dair əsaslandırılmış cavab almağa ümid edir.

O, izah edib ki, Washington “Qazaxıstan hökumətinin ölkədə asayişi qorumaq üçün öz resurslarının olduğunu” hesab edir. Prays vurğulayıb ki, Birləşmiş Ştatlar xarici qüvvələrin insan haqları pozuntularını və ya Qazaxıstan institutlarına qarşı hücumlarını yaxından izləyəcək.

“Ümid edirik ki, Qazaxıstan hökuməti tezliklə fundamental iqtisadi və siyasi xarakterli problemləri həll edə biləcək. Qazaxıstan xalqı, hökumətinin tərəfdaşı kimi ABŞ Qazaxıstan hakimiyyəti və Qazaxıstanla əməkdaşlığı davam etdirməyə hazırdır,” – Ned Price vurğulayıb.

“KTMT əsgərləri hərbi əməliyyatlarda iştirak etməyəcək”

KTMT əsgərləri Qazaxıstanda hərbi əməliyyatlarda iştirak etməyəcək, Qazaxıstan Prezident Administrasiyası rəhbərinin birinci müavini Dauren Abayev bildirib.

Cənab Abayev deyib ki, “KTMT ilə bağlı çoxlu suallar var. Qeyd etmək istəyirəm ki, KTMT ölkələrinin sülhməramlı kontingenti təqdim olunub. Missiya sülhməramlıdır”.

“Sülhməramlı missiyanı kollektiv çevik reaksiya qüvvələrinin tətbiqi ilə qarışdırmaq olmaz. Yanvarın 6-da şəhərin təmizlənməsi əməliyyatının döyüş hissəsi Arıstan, Arlan, Berkut qüvvələri və Müdafiə Nazirliyinin qüvvələri tərəfindən həyata keçirilib,” – deyə o əlavə edib.

Qazaxıstanın dövlət telekanalı Xəbər 24 cümə günü bildirib ki, Almatı “şəhəri quldur birləşmələrindən təmizlənməkdə” davam edir. Son günlər hakimiyyətin ritorikası çox dəyişib: yaxın vaxtlara qədər küçələrə çıxan vətəndaşlar etiraz aksiyalarının iştirakçıları adlandırılırdı, cümə günü Almatı administrasiyasının rəhbəri deyib ki, “şəhərdə terrorçular şiddətli müqavimət göstərirlər”.

Cümə axşamı günü Qazaxıstanın ən böyük şəhəri olan Almatıda polislə etirazçılar arasında qarşıdurma yaşanıb.

Şəhərə vurulan ziyan

Qazaxıstanın iş adamları iğtişaşlar nəticəsində şəhərə dəyən ziyanı dəyərləndiriblər.

Ölkənin “Atameken” Milli Sahibkarlar Palatasına əsasən, Qazaxıstanda iğtişaşlar nəticəsində dəyən zərərin məbləği, ilkin hesablamalara görə, təxminən 40 milyard təngə (155 mln AZN) təşkil edir.

“Zərərin xarakteri əsasən fasadların və binaların zədələnməsindən ibarətdir, həmçinin bahalı maşın, avadanlıq, interyer əşyaları, əmtəə ehtiyatlarının oğurlanması ilə bağlı çoxsaylı faktlar var”, – RBC agentliyinin yaydığı məlumatda deyilir.

Baxın

Nazir müavini işdən çıxarıldı

Daha bir nazir müavini vəzifəsindən azad edilib. Hefte.az xəbər verir ki, Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva vəzifəsindən …