Bazar , Oktyabr 2 2022
Qaçan xəbərlər

Merkel Rusiyaya niyə gedir?

16 illik hakimiyyətindən sonra vəzifəsini tərk edəcək Almaniya kansleri Angela Merkel son səfərlərindən birini Moskvaya edəcək.

Avqustun 20 -də Merkel Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Rusiyaya gələcək.

Bu barədə cümə günü Almaniya hökumətinin rəsmi nümayəndəsi Steffen Seibert məlumat verib.

Moskvadan sonra kansler Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşmək üçün Kiyevə gedəcək. 

Merkelin Rusiyaya səfəri Avropada ilin əvvəlindən etibarən 200% -ə çatan qazın qiymətinin kəskin artması fonunda baş tutacaq.

Qeyd edək ki, ilin əvvəlində Avropada hər min kubmetr üçün qazın qiyməti 190 dollar ikən, hazırda 560 dollar civarında ticarət olunur. Qaz qiymətləri LNG idxalının azalması və Ukrayna üzərindən əlavə qaz nəql etməkdən imtina edən “Qazprom”un tədarükünün kəskin azalması fonunda yüksəlir.

Baxın

Koronavirusun Azərbaycana vurduğu ziyanın məbləği

“Karantin rejiminin tətbiqi ilə əlaqədar olaraq hər gün Azərbaycan iqtisadiyyatına 120 -150 milyon manat civarında …