Bazar , Oktyabr 2 2022
Qaçan xəbərlər

İ.Əliyev: “Rusiya Ermənistanı silahlandırmasın”

“Əgər Ermənistan müharibə planlaşdırırsa, Azərbaycan bunun qarşısını almağa hazırdır”.

Bu sözləri “CNN Türk” televiziya kanalına müsahibəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib

“Ermənistanın bizə verdiyi mina xəritələrinin cəmi 25% həqiqətə uyğundur. Bizim Rusiyadan gözləntimiz odur ki, Ermənistanı silahlandırmasın. Halbuki Rusiya Müdafiə naziri Ermənistanı silahlandıracağını dedi. 30 il ərzində Rusiya Ermənistana milyardlarla dollarlıq silah bağışladı. İndi onlardan bəziləri Bakının Qənimətlər Parkındadır. Əgər Ermənistan müharibə planlaşdırırsa, Azərbaycan bunun qarşısını almağa hazırdır, amma biz Cənubi Qafqazda yeni müharibə istəmirik. Biz Rusiya sülhməramlı missiyasının nəzarətində olan ərazidə yaşayan erməniləri yolunu azmış Azərbaycan vətəndaşları sayırıq. Onların sayı o qədər də çox deyil. Dəqiq məlumata görə, 25 minin altındadır. Əlbəttə ki, onlar da Azərbaycan cəmiyyətinə inteqrə olunmalıdır”.

Baxın

Nazir müavini işdən çıxarıldı

Daha bir nazir müavini vəzifəsindən azad edilib. Hefte.az xəbər verir ki, Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva vəzifəsindən …