Bazar , Oktyabr 2 2022
Qaçan xəbərlər

Azərbaycanın tank bölmələri döyüş hazırlığına başladı

Müdafiə Nazirliyi: Tank bölmələri intensiv döyüş hazırlığı məşğələlərinə başlayıb.

Azərbaycan Ordusunun tank bölmələrinin intensiv döyüş hazırlığı məşğələləri keçirilir.

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, məşğələlər zamanı nəzəri biliklərini təkmilləşdirən tank heyətləri təhlükəsizlik qaydalarını öyrənir.

Sonra hərbi qulluqçular döyüş maşınlarının idarə olunması vərdişlərinin təkmilləşdirilməsi üzrə məşğələlərə başlayır və praktiki atışlar icra edir.

Qeyd edək ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində qanunsuz erməni silahlı dəstələri artırılır. Həmin dəstələr tərəfindən tərəfindən Azərbaycan Ordusunun Füzuli rayonunun Yuxarı Veysəlli, Xocalı rayonunun Sığnaq yaşayış məntəqələri və Şuşa şəhəri ətrafındakı mövqeləri atıcı silahlardan atəşə tutulub.

Baxın

Nazir müavini işdən çıxarıldı

Daha bir nazir müavini vəzifəsindən azad edilib. Hefte.az xəbər verir ki, Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva vəzifəsindən …