Bazar , Oktyabr 2 2022
Qaçan xəbərlər

Türk Lirəsi dəyərdən düşdü

Dollar/Türk Lirəsi (TL) məzənnəsi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın faizlərin aşağı salınması ilə inflyasiyanın da Avqustda azalmağa başlayacağına dair açıqlamasından sonra 1%-dən çox yüksələrək 8,57-nin üzərini test edib (Dollar bahalaşıb, Türk Lirəsi ucuzlaşıb)

Türk lirəsi İyul ayında 2,5% artıma ən çox dəyər qazanan inkişaf edən ölkə pul vahidi idi. 

Dünən Dollar/TL məzənnəssi 8,30 səviyyələrinədək geriləmişdi.

Qatıldığı canlı verilişdə Avqust ayında inflyasiyada enişin görüləcəyini qeyd edən Ərdoğan, “İqtisadiyyatdakı qabaqcıl göstəricilərə baxdığımızda iqtisadi inkişaf  meylinin davam etdiyini görürük. İqtisadiyyatın 7%-in üzərində artmasına nail olacağıq. Bundan sonra inflyasiyanın daha yuxarı çıxması mümkün deyil. Faiz nisbətlərində də enişə keçirik, yüksək faiz yoxdur. Çünki yüksək faiz, bizə yüksək inflyasiyanı gətirəcək. Buradan da mən siqnalımı müəyyən yerlərə hərhalda vermiş oluram, çünki bundan belə inflyasiyanın daha yuxarı çıxması mümkün deyil, çünki faiz nisbətlərində də bir dəfə enişə keçirik” deyib.

İyul ayında açıqlanan illik inflyasiya ilə Türkiyə Respublikası Mərkəzi Bankının pul siyasət faizi arasındakı fərq az qala sıfıra enib. İqtisadçı və analitiklərin əksəriyyəti artıq faiz endirimi üçün yer qalmadığını və ilin geri qalanında da faiz endirimi gözləmədiklərini bildirmişdilər.

Türkiyədə illik inflyasiya İyulda 18,95% təşkil edib. Mərkəzi Bankın faizi isə 19% səfiyyəsindədir.

Türkiyə Mərkəzi Bankının sədri Şahap Kavcıoğlu da inflyasiya hesabatının təqdimatına etdiyi çıxışında, əmtəə qiymətləri, məzənnə və artan tələbin inflyasiyaya yuxarı istiqamətdə təsir etdiyini bildirmiş, pul siyasəti faizinin inflyasiyaya əsasən müəyyən olunmağa davam edəcəyini söyləmişdi.

Baxın

Koronavirusun Azərbaycana vurduğu ziyanın məbləği

“Karantin rejiminin tətbiqi ilə əlaqədar olaraq hər gün Azərbaycan iqtisadiyyatına 120 -150 milyon manat civarında …