Bazar , Oktyabr 2 2022
Qaçan xəbərlər

“Real” onu da itirdi

İspaniyanın “Real” klubu ciddi itki ilə üzləşib.

Hefte.az xəbər verir ki, “kral klubu”nun hücumçusu Kərim Benzema sıradan çıxıb.

Bu barədə komandanın baş məşqçisi Zinəddin Zidan açıqlama verib.

Fransız mütəxəssis, Benzemanın La Liqanın 24-cü turu çərçivəsində “Valyadolid”ə qarşı keçirəcəkləri səfər matçını buraxacağını bildirib.

Fransız hücumçu Çempionlar Liqasının 1/8 finalının “Atalanta” ilə ilk oyununda da iştirak etməyə bilər.

Madrid klubunda Serxio Ramos, Eden Hazard, Marselo, Dani Karvaxal, Eder Militao, Alvaro Odriosola, Federiko Valverde və Rodriqo da zədəlidir.

Qeyd edək ki, bu gün keçiriləcək “Valyadolid” – “Real” matçına saat 00:00-da start veriləcək.

Baxın

“Çelsi”nin koronavirusa yoluxan futbolçusu açıqlama verdi

“Yəqin ki, bilirsiniz, son günlərdə virusa yoluxdum. Sağlamlıq qaydalarına riayət edirəm”. Həftə.az xəbər verir ki, …