Bazar , Oktyabr 2 2022
Qaçan xəbərlər

“Azərsu” sədrinin əmlakının ŞOK SİYAHISI

Hefte.az xəbər verir ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynova aid əmlakların şok siyahısı araşdırmaçı jurnalist Həbib Müntəzir tərəfindən aşkar edilib.

Jurnalist yazır:

“10 ildir “Azərsu” şirkətinə İlham Əliyev tərəfindən təyin olunan Qorxmaz Hüseynov idarəçilik edir. Bu şirkətə hər il dövlət tərəfindən milyardlarla vəsait ayrılsa da, şirkətin təqdim etdiyi xidmətlərin keyfiyyətində ciddi bir dəyişiklik olmur: su təchizatı bərbad, içməli suyun keyfiyyəti palçıq kimi, kanalizasiya sistemi murdar günündə, ölkədə su qıtlığı kifayət qədər. Bunun müqabilində isə Qorxmaz Hüseynov qohumlarının adına şirkətlər, o şirkətlərin qalib gəldiyi milyonluq layihələr, tenderlər sayəsində özünun və ailə biznesinin vəsaitini artırıb, mülklər, restoranlar, hamamlar, obyektlərə sahib olub. Əvəzində isə həm “Azərsu” şirkətini dövlət büdcəsindən kreditlər alaraq borca batırıb, həm də bu borcu qapatmaq üçün xalqın istifadə etməyə məcbur olduğu keyfiyyətsiz su-kanalizasiya təchizatının qiymətini artırıb. Qorxmaz Hüseynovun yaxın qohumları və onların vəzifələri, həmçinin açdıqları şirkətlər:

  • “Natural Aqro” MMC-nin rəhbəri Araz Hüseynli – Qorxmaz Hüseynovun oğlu
  • “Sənaye Tikinti-M” MMC və “Baba Dağ” MMC təsisçisi Məhəmməd Cavanşir oğlu Hüseynov- qardaşıdır.
  • SOCAR-ın qazma işləri üzrə trest rəisinin müavini Faiq Cavanşir oğlu Hüseynov – qardaşıdır.
  • SOCAR-ın Geofizika və Geologiya İdarəsinin rəis müavini Əmiraslanov Nicat Mətləb oğlu – yaxın qohumu
  • “Azərsu” Yasamal rayonu su kanal idarəsinin rəis müavini İsmayılov Şakir Əhməd oğlu – Qorxmaz Hüseynovun xalası oğludur.
  • Azərsu SC xarici layihələr şöbəsinin müdür müavini İsmayılov Şahlar İsmayıl oğlu
  • Qorxmaz Hüseynovun qohumu (“DISTANT TRAVEL” MMC)- “Hidro-İnşaat Servis” MMC-nin rəhbəri olan Cəbrayılov Namiq Cidalı oğlu – qaynıdır.
  • Bakı Su Kanal idarəsinin Həmkarlar Təşkilatının sədri – Cəbrayılov Natiq Cidalı oğlu – digər qaynı
  • “Azərsu” Su-Tikinti idarəsinin rəis müavini – Cəbrayılov Nurəli Cidalı oğlu – digər qaynı
  • Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika komitəsinin sədri Akif Məmmədov – qohumu
  • Qorxmaz Hüseynovun bacısı oğlu Yusifəli isə boru və qum biznesini idarə edir.
  • Qaynı Cəbrayılov Namiq Cidalı oğlunun adına olan şirkətlər:
  • “XƏZƏR TUR TRAVEL” MMC
  • “SEVDA” XÜSUSİ KİÇİK MÜƏSSİSƏSİ
  • “HİDRO TOP” MMC
  • “OMİCRON” MMC
  • “HİDRO MAKİNA” MMC
  • “HİDRO İNŞAAT SERVİS” MMC
  • “KOMPROQRAM PROQRAMLAŞDIRMA VƏ TEXNİKİ TƏCHİZAT” MÜƏSSİSƏSİ

    Xatırladaq ki, bugün fevral ayının 1-dən etibarən bir kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kubmetr üçün 30 qəpik səviyyəsində təsdiq olunub.

Baxın

SOCAR-ın vitse-prezidentinin bahalı sarayı – FOTO

Hefte.az xəbər verir ki, araşdırmaçı-jurnalist Həbib Müntəzir SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılova aid bahalı sarayın fotosunu …