Bazar , Oktyabr 2 2022
Qaçan xəbərlər

Azərbaycanda fırıldaq tender: Universitet 8.2 milyona təmir olunacaq

Hefte.az xəbər verir ki, Azərbaycanda sensasion tender üzə çıxıb.

Belə ki, Gəncə Dövlət Universitetinin binası təmir olunacaq.

Bununla bağlı Universitet 19 saylı Tikinti təmir İdarəsi ilə müqavilə bağlayıb. Müqaviləyə görə ali məktəbin binası əsaslı təmir olunacaq. 

Maraqlıdır ki, tərəflər arasında müqavilə 01 fevral 2021 tarixində bağlanıb. Lakin təmirin başlanma tarixi kimi 17 may 2019-cu il, bitmə tarixi isə 31 dekabr 2019-cu il göstərilib. Yəni bu gün bağlanan müqavilə ötən il üçün nəzərdə tutulub.

Başqa bir maraqlı məqam ondan ibarətdir ki, 3 mərtəbəli binanın təmiri üçün univerrsitet idarəyə 8 milyon 360 min 635 manat pul ödəyəcək və ya ödəyib. Bəllidir ki, bu məbləğ 3 mərtəbəli binanın təmiri üçün dəfələrlə çox görünür.  

Baxın

“Atabank” və “Amrahbank” müflis elan edildi

Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli 2-3 (103)-129/2020 saylı qərarı ilə “Atabank” ASC …