Bazar ertəsi , Oktyabr 3 2022
Qaçan xəbərlər

Türk Hava Yolları uçuşları bərpa edir

Yeni növ koronavirus səbəbilə daxili və xarici reyslərini dayandıran Türk Hava Yolları (THY) yay aylarını əhatə edən uçuş planı hazırlayıb.

Hefte.az xəbər verir ki, Türk Hava Yollarının planı iyun, iyul və avqust aylarını əhatə edir.

Məlumata görə, Covid-19 pandemiyası ilə əlaqədar olaraq daha əvvəl ölkədaxili uçuşlarını 20 May, xarici uçuşlarını isə 28 Maya qədər dayandırmaq qərarı qəbul etmiş THY, iyun, iyul və avqust aylarını əhatə edən plana görə uçuşlara başlamağı nəzərdə tutur.

Daxili xətlər üzrə uçuşlarını iyunda başlatmağı nəzərdə tutan THY, xarici reyslərini pilləli olaraq bərpa edəcək.

Plana görə, iyun ayında 19 ölkəyə həftədə 75 uçuş təşkil ediləcək.

THY, iyul və avqustda reyslərini artıracaq. THY iyulda 74 ölkəyə, avqustda isə 98 ölkəyə reyslər planlaşdırır.

Baxın

Koronavirusun Azərbaycana vurduğu ziyanın məbləği

“Karantin rejiminin tətbiqi ilə əlaqədar olaraq hər gün Azərbaycan iqtisadiyyatına 120 -150 milyon manat civarında …