Cümə axşamı , Oktyabr 6 2022
Qaçan xəbərlər

“Röyanın ata-anası, yiyəsi yoxdur?”

Hefte.az xəbər verir ki, bu sözləri müsahibələrinin birində xalq artisti, tanınmış rejissor Şeyx Əbdül Mahmudbəyov deyib.

Müxbirin:

Son günlər ən çox müzakirə olunan məsələlərdən biri də Xalq artisti Röya ilə həmkarları Natavan Həbibi və Səidə Sultan arasında gedən mübarizədir. Belə demək mümkündürsə, hər üç xanım soyunmaqları ilə fəxr edirlər. Sənət adamlarının şəxsi həyatı, açıq-saçıq geyimi ilə gündəmə gəlməsinə necə baxırsınız? – sualına Şeyx belə cavab verib:

– Röya xanımla mən, Zamiq 2016-cı ildə bir mineral suyu reklam edirdik. Həmin videoçarxdxa bir kadr var, Röya oturub, həmin kadrda bütün tuman-köynəyi görünür. Həmişə düşünürəm ki, bu qadının atası, anası, bir yiyəsi yoxdur? Niyə demirlər ki, “ay qızım, sənətçisən, get sənətinlə məşğul ol?”. Allah ona sənət də verib, özünəməxsus oxu tərzi də var. Sənət var, amma qızım, abrına, ismətinə də fikir ver. Bu gün artıq əxlaqsızlıq müqayisəsi gedir. 

Bu deyir ideya mənə, digəri deyir mənə məxsusdur. Mən Röya xanıma səslənmək istəyirəm, onun verilişlərdəki çıxışlarına, kliplərinə baxıram. Röya, mənim balam, dünyada ən böyük sərvət mənəvi, əxlaqi sərvətdir. Böyrünü, başını, yanını açmaqla olmaz, heç Allah da ona gözəllik verməyib ki, deyəsən Afroditadır. Sən başını aşağı sal, sənətinlə məşğul ol. İndiyə kimi neyləmisən, özün bilərsən, amma sən artıq Xalq artistisən. Sən xalqın adını daşıyırsan, mənimlə birgə “paqon” yoldaşısan. İkimiz də Xalq artistiyik, mən səndən xalq ağsaqqalı kimi, ata olaraq xahiş edirəm ki, belə şeyləri yığışdır, ayıbdır. Sənətinlə hörmət qazan. 

Bunlar hamısı pis nümunədir. Onların 15-20 yaşları olsa deyərəm ki, uşaqdırlar, amma hərəsinin 30-35 yaşları var, anadırlar. Bunların əmisi, dayısı, ağsaqqalı, ağbirçəyi yoxdur? Əgər yoxdursa, xalqın adından mən deyirəm. Gözümüzün qabağında Zeynəb Xanlarova, Şövkət Ələkbərova faktoru var, bütün dünyada şöhrətləri var, onlar yanlarını açırdılar? 

Baxın

Bu da xalq artistinin 3-cü arvadı + FOTO, VİDEO

Həftə.az xəbər verir ki, xalq artisti 3-cü dəfə ailə qurub. Xalq artisti Ağadadaş Ağayev 3-cü …