Çərşənbə , Sentyabr 28 2022
Qaçan xəbərlər

“Mənə qarşı qara PR təşkil edən 2 şəxs!”

Hefte.az xəbər verir ki, sabiq millət vəkili, Azərbaycan Yaşıllar Hərəkatının təsisçisi Ceyhun Osmanlı vaxtilə ona qarşı təşkil olunan qara PR və bunun səbəbkarları barədə danışıb.

2010-cu ildə millət vəkili seçilən Ceyhun Osmanlı növbəti seçkilərdə iştirak etməməyinin səbəbini açıqlayıb.

Nədənsə növbəti – 2015-ci il seçkilərində iştirak etmədiniz. 5 il Milli Məclisdəki fəaliyyətiniz məyusluq yaratdı ki? Niyə belə tez çəkildiniz kənara?


– Haqlısınız. Bir dönəm mənə qarşı təşkil edilən süni qara PR kampaniyası məyusluq yaratdı. Sanki gördüyüm hər bir işə fərqli don geyindirərək təqdim etmək istəyən insanlar var idi. İlk illər bunun səbəbini anlamırdım. İllər keçdikdən sonra bunun səbəbini anladım. Onların dərdi təkcə mən deyildim. Bir qrup insanın məqsədi cənab Prezidentlə Azərbaycan gəncliyi arasına girmək və sinerjini pozmaq idi. Əslində, bununla onlar Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinə zərbə vurdular. Məqsəd nəsillər arası rabitəni qırmaq və yetişən gəncliyin önünü kəsmək idi. Saxta ləkələmə kampaniyalarının nəticəsində dünyanın dörd bir yanında Azərbaycana və onun maraqlarına xidmət edən minlərlə insan dövlətə xidmət etmək xəttindən uzaq düşdü. Lakin çox çəkmədi ki, cənab Prezident səviyyəsində Azərbaycanda ayrı-ayrı insanlara qarşı şərləmə, ləkələmə, şantaj, reketlik təşkil edən insanlar barədə hüquqi qiymət verildi. Bu islahatlar bu gün də davam edir. Azərbaycan vətəndaşlarına öz ölkələrində özlərini rahat hiss etmələrinə mane olan bütün səbəblər aradan qaldırılana qədər bu islahatlar davam etməlidir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın da sosial ədalət, azad rəqabətin, şəffaflığın və insan indeksli siyasətin aparılması ilə bağlı ölkəmizə verdiyi töhfələri vurğulamaq istərdim.


– O vaxtlar sizin adınız Prezident Aparatının həmin dönəmdəki şöbə müdiri Elnur Aslanovla birgə hallandırılırdı. Sizin bir komandanın üzvü olduğunuz deyilirdi. Elnur Aslanov 2014-cü ildə Prezident Aparatındakı vəzifəsini itirdi, Siz isə növbəti il keçirilən seçkilərdə iştirak etmədiniz. Bu məsələlər bir-biri ilə çox əlaqələndirilirdi. Bu haqda nə deyə bilərsiniz?


– Elnur Aslanov YAP Siyasi Şurasının üzvü kimi Prezident İlham Əliyevin rəhbərlik etdiyi komandanın üzvüdür. Buna alternativ hər hansı bir informasiyaya malik deyiləm. Onun işdən azad olunma səbəbi barədə də dəqiq informasiyam yoxdur. Elnur Aslanov Ulu öndər Heydər Əliyev tərəfindən dəstəklənən Azərbaycan gənclər siyasətinin fəal iştirakçısı olub. Gənclər Təşkilatları Milli Şurasının bir müddət baş katibi olub. İndi yüksək vəzifələr tutan Azay Quliyev, Fuad Muradov, İntiqam Babayev, Fərhad Hacıyev, Əkrəm Abdullayev, Şahin Seyidzadə, Məzahir Əfəndiyev kimi insanlar da Gənclər Təşkilatlarının Milli Şurasında vaxtilə vəzifə tutublar. Mən özüm də bir müddət Gənclər Təşkilatları Milli Şurasının baş katibi olmuşam. Elnur Aslanovla ilk tanışlıq da o zamanlara təsadüf edir. O dönəmin gənclər və idman naziri Əbülfəs Qarayev, daha sonra Azad Rəhimovla bərabər gənclər siyasətinin həyata keçirilməsində fəal iştirak etmişik. Gənclər siyasəti ilə bağlı ölkə rəhbərliyinin məqsədə uyğun bildiyi mövzularda hər hansı fəaliyyətin əlaqələndirilməsindən başqa, hər hansı bir əməkdaşlıq müzakirə mövzusu olmayıb. “İRƏLİ” İctimai Birliyinin sədri olduğum dönəmdə isə tək Elnur Aslanov yox, demək olar ki, Prezident Administrasiyasının bütün şöbə müdirləri, o cümlədən, ayrı-ayrı nazirlər və komitə sədrləri ilə aidiyyatı mövzularda əlaqələndirmələr olub. 2015-də seçkiyə qatılmamağımla Elnur Aslanov arasında heç bir əlaqə yoxdur, necə ki, 2010-da seçkiyə qatılmağımın Elnur Aslanova heç bir aidiyyatı yox idi. Məsələn soruşsanız ki, hazırda Elnur Aslanov haradadır, bunu bilmirəm. Mən isə karantin başlayandan Göyçaydayam.

 – Həmin ərəfədə gündəmdə Sizinlə bağlı dezinformasiyalar var idi və baş verənləri bu olaylarla əlaqələndirənlər də oldu.

– Bəli, var idi. Bu tip çirkin kampaniyalar, əsasən, iki şəxs tərəfindən, iki fərqli qurumdan idarə edilirdi. Hazırda hər iki şəxs vəzifələrindən azad edilib.

Baxın

Gürcüstanın baş naziri: “Azərbaycanla ehtiyatlı olmalıyıq”

“David Qareci məsələsinin siyasiləşdirilməsi yolverilməzdir”. Hefte.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri Giorgi Qaxariya …