Bazar ertəsi , Sentyabr 26 2022
Qaçan xəbərlər

İspaniyada koronavirus qurbanlarının sayı 500-ə çatır

İspaniyada bir gündə koronavirusdan 149 ölüm və demək olar ki, 2 000 yoluxma faktı qeydə alınıb.

Həftə.az xəbər verir ki, ölkədə koronavirusa yoluxanların sayı 11 000-i ötüb, virusdan ölənlərin sayı isə 491 nəfərdir.

Qeyd edək ki, İspaniya Çin, İtaliya və İrandan sonra virusun ən çox yayıldığı ölkədir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 162 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 185 500-ə çatıb. Bunların 80 000 nəfəri sağalıb, 7 332 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. 

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …