Şənbə , Oktyabr 1 2022
Qaçan xəbərlər

Daha bir Hollivud ulduzu koronavirusa yoluxdu

Həftə.az xəbər verir ki, daha bir Hollivud ulduzu koronavirusa yoluxub.

Belə ki, Hollivud ulduzu İdris Elba martın 16-sı Twitter səhifəsində koronavirusa yoluxduğunu açıqlayıb.

Aktyor özünü yaxşı hiss etdiyini bildirib və hətta virusun heç bir simptomuna sahib olmadığını qeyd edib.

O, yazıb:

“Bu səhər COVID-19 testimin nəticəsi müsbət çıxdı. Özümü yaxşı hiss edirəm, indiyə qədər heç bir simptomum olmayıb. Bu yaxınlarda görüşdüyüm insanın koronavirusa yoluxduğunu öyrəndiyim üçün bu testə müraciət etmişdim. Baxın, vəziyyət həqiqətən də ciddidir. Sosial izolasiya haqda ciddi düşünməyin vaxtıdır. Əllərinizi tez-tez yuyun, evdə qalın və praqmatik olun”.

İdris Elba koronavirus testi müsbət çıxan ikinci Hollivud ulduzudur. Ötən həftə Tom Henks yoldaşı Rita Wilson ilə birlikdə Avstraliyada koronavirusa yoluxduqlarını açıqlamışdı. Hər iki aktyor ailə üzvləri ilə birgə karantindədir.

Baxın

Bu da xalq artistinin 3-cü arvadı + FOTO, VİDEO

Həftə.az xəbər verir ki, xalq artisti 3-cü dəfə ailə qurub. Xalq artisti Ağadadaş Ağayev 3-cü …