Bazar ertəsi , Oktyabr 3 2022
Qaçan xəbərlər

Qazaxıstanda fövqəladə vəziyyət

Həftə.az xəbər verir ki, martın 15-də Özbəkistan koronavirusa ilk yoluxma halının təsdiqləndiyini elan edib. Hökumət Fransadan qayıdan Özbəkistan vətəndaşının virusa yoluxduğunu bildirib.

Eyni gündə qonşu Qazaxıstanda rəsmilər iki yeni hadisənin qeydə alınması ilə ölkədə virusa yoluxanlarının sayının səkkizə çatdığını bildirikdən sonra fövqəladə vəziyyət elan edib.

Martın 13-də dörd yoluxma halı təsdiq edilənə qədər Qazaxıstanda koronavirusa yoluxmanın olmadığına inanılırdı. Prezident fərmanı ilə fövqəladə vəziyyətin elan edilməsi ölkədə karantin müəyyənləşdirir və diplomatlar və hökumət tərəfindən dəvət edilmiş şəxslərdən başqa ölkəyə giriş və çıxışı məhdudlaşdırır.

Qazaxıstan artıq Novruz şənliklərininin və nasist Almaniyası üzərində qələbənin 75 illiyi ilə əlaqədar hərbi paradın ləğv olunduğunu elan edib.

Rəsmilər hazırda 1000-dən çox insanın karantində olduğunu, 500-ə yaxın insanın isə evdə özlərini karantinə aldığını bildirib.

Qazaxıstan və Özbəkistan qlobal pandemiyada yeni koronavirus hallarının rəsmi qeyd edildiyi haqda məlumat verən yeganə Orta Asiya respublikalarıdır.

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …