Şənbə , Oktyabr 1 2022
Qaçan xəbərlər

MM-də 6-cı dəfə deputat olanlar

Daha bir seçki arxada qaldı. Əvvəlki tərkibin böyük bir hissəsi (təqribən 2/3 hissəsi) yenidən Milli Məclisə düşdü.

Azərbaycan müstəqillik əldə edəndən üzü bəri ölkədə 6 parlament seçkisi keçirilib. Bəziləri bütün bu seçkilərdən qalib ayrılıb.

6-cı dəfə deputat olanlar:

Vasif Talıbov, Fəttah Heydərov, Ziyafət Əsgərov Eldar İbrahimov, Madər Musayev, Mixail Zabelin və Fəzail Ağamalı 6-cı dəfə Milli Məclis üzvü olublar.

5-ci dəfə seçilənlər:

Yeni tərkibdə Oqtay Əsədov, Siyavuş Novruzov, Aydın Mirzəzadə, Əli Hüseynli, Səməd Seyidov, Bəxtiyar Sadıqov, Səttar Möhbalıyev, Eldar Quliyev, Məlahət İbrahimqızı, İmamverdi İsmayılov və Bəxtiyar Əliyev 5-ci dəfə deputat seçiliblər. Habelə, Zahid Oruc, Tahir Rzayev, Azər Kərimli, Musa Quliyev də ardıcıl olaraq 5-ci dəfədir ki, namizədliklərini irəli sürdükləri dairələrin qalibi elan ediliblər.

4-cü dəfə seçilənlər:

İsa Həbibbəyli, Elman Məmmədov, Adil Əliyev, Ziyad Səmədzadə, Azay Quliyev, Qənirə Paşayeva, Asim Mollazadə, Əli Məsimli, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Vahid Əhmədov, Ülvi Quliyev, Cavanşir Paşazadə üçün də ardıcıllıq pozulmayıb. Onlar 4-cü dəfə deputat olublar.

Mandat qazananlar arasında Əhliman Əmiraslanov, Musa Qasımlı, Sahib Alıyev, Sabir Rüstəmxanlı, Tahir Kərimli, Kamaləddin Qafarov, Ülviyə Həmzəyeva, Aydın Hüseynov da Milli Məclis üçün təzə simalar deyil.

Hətta ləğv edilən 4 dairənin üçündən də qaliblər keçmiş deputatlar idi: Hüseynbala Mirələmov, Hadı Rəcəbli, Çingiz Qənizadə…

Baxın

Gürcüstanın baş naziri: “Azərbaycanla ehtiyatlı olmalıyıq”

“David Qareci məsələsinin siyasiləşdirilməsi yolverilməzdir”. Hefte.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri Giorgi Qaxariya …