Cümə axşamı , Oktyabr 6 2022
Qaçan xəbərlər

ASAN xidmət də işləməyəcək

“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri xüsusi iş rejimində fəaliyyət göstərəcək.

Həftə.az-a bu barədə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi-nindən məlumat verilib.

Məlumatda bu koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlərlə izah edilir. “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin fəaliyyəti 2020-ci il martın 15-dən 19-dək məhdudlaşdırılır”- deyə, qurumun açıqlamasında bildirilir.

Bu agentlik dövlət qurumlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsini, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsini və bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Baxın

Azərbaycanda 4 bankın bütün səlahiyyətləri alındı

Azərbaycan Respublikasnın Mərkəzi Bankının İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli müvafiq qərarları ilə “Atabank” …