Cümə axşamı , Oktyabr 6 2022
Qaçan xəbərlər

Sərhəddə yeddi cəsəd tapılıb

Türkiyə-İran sərhədində, Van şəhərinin Çaldıran rayonunda yeddi insan cəsədi tapılıb.

Həftə.az xəbər verir ki, Əfqanıstan, Pakistan və Suriya vətəndaşları olan bu şəxslərin qanunsuz yollarla sərhədi keçdikdən sonra donaraq öldükləri ehtimal edilir.

Cəsədlər Van şəhərinin Məhkəmə Tibbi Ekspertiza şöbəsinə göndərilib.

Qeyd edək ki, bu ilin fevral ayında Çaldıran rayonunun aidiyyəti qurumlarına İran sərhədini qanunsuz yollarla keçən 13 nəfərin qar uçqunu altında qalması ilə bağlı məlumat daxil olub. Lakin bölgədəki əlverişsiz hava şəraiti səbəbindən bu faktın doğruluğunu müəyyən etmək mümkün olmayıb. Tapılan cəsədlərin sözügedən 13 nəfərdən yeddisinə aid olduğu ehtimal edilir.

Baxın

Gürcüstanın baş naziri: “Azərbaycanla ehtiyatlı olmalıyıq”

“David Qareci məsələsinin siyasiləşdirilməsi yolverilməzdir”. Hefte.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri Giorgi Qaxariya …