Cümə axşamı , Oktyabr 6 2022
Qaçan xəbərlər

Repetitorlara da qadağa qoyuldu

“Dərslərin dayandırılması ilə bağlı sərəncam var və hər kəs buna əməl etməlidir”.

Həftə.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin (NK) mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məktəblər bağlansa da, hələ də repetitor hazırlıqlarının davam etməsinə münasibət bildirərkən deyib

O, bu məqamda valideynlərə çağırış edib:

“Bəzən deyirlər ki, evdə iki tələbədir, müəllimdir, özləri vəziyyətə nəzarətə edirlər. Sərəncam var və qeyd olunub ki, bütün təlim, təhsil, tərbiyə müəssisələrində tədris prosesi dayandırılıb. Bu, kifayətdir ki, vətəndaşlar ehtiyatlı olmalıdır. İnsanlar özləri də bu məsələyə çox ciddi yanaşmalıdırlar. Sərəncamlarla, qadağalarla həyatın bütün situasiyalarını nəzərə almaq mümkün deyil”.

İ. Məmmədov bu məqamda həm valideynləri, həm də müəllimləri məsuliyyətli olmağa çağırıb.

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …