Bazar ertəsi , Oktyabr 3 2022
Qaçan xəbərlər

Koronavirusla bağlı daha bir iddia: Belçikalı professor bəyan etdi ki…

Belçikada Gent Univesitetinin Flemiş Biotexnologiya İnstitutu koronavirusa qarşı dərmanın hzırlanması məqsədilə əhəmiyyətli irəliləyiş əldə etdiyini açıqlayıb.

Həftə.az xəbər verir ki, institutun mütəxəssisi, professor Xavier Saelens laboratoriya şəraitində COVID-19 virusunu təsirsiz hala gətirdiklərini bilirib.

Belçika baş nazirin köməkçisi elm və iqtisadiyyat naziri Hild Krevits isə bildirib ki, bu, ağıllı və cığır açan addımdır. Bununla belə, nazir əlavə edib ki, bu istiqamətdə uzun bir yol qət etmək lazımdır.

Qeyd edək ki, Xavier Saelens və qrupu ötən ay SARS COV-2 və COVID-19 virusu ilə mübarizədə unikal antikor tapdıqlarını elan etmişdi.

Belçikalı professor laboratoriya testi nəticəsində kəşf olunan antikorun koronavirusa qarşı ciddi addım olduğunu qeyd edib: “Bu, fantastik bir qrupun fəaliyyətinin nəticəsidir. Bu kəşf sayəsində virusun insan hüceyrələrini əhatə etməsinin qarşısı alına bilər”.

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …