Bazar ertəsi , Sentyabr 26 2022
Qaçan xəbərlər

Koronavirusdan sağalan insanların orqanizmində nə baş verir?

Dekabr ayında Çinin Vuhan əyalətindən dünyaya yayılan virusa bu günədək dünya üzrə 145673 insan yoluxub. Xəstəlikdən ölənlər olsa da, sağalanlar daha çoxdur.

Həftə.az xəbər verir ki, ən son statistikaya görə xəstəlikdən – COVİD-19-dan 5436 nəfər ölüb, 72532 nəfər sağalıb.

Bəs koronavirusdan sağalan insanların orqanizmində nə vaş verir?

Digər xəstəliklər kimi koronavirus da yoluxduğu insanın bədənində sonradan bəzi fəsadlar yaradır. Honq-Konqda aparılan araşdırmalara görə bu virusdan sağalan şəxslərin ağciyəri ciddi şəkildə zədələnir. Onların ağciyərinin fəaliyyəti zəifləyir, nəfəs almaqda çətinlik çəkirlər.

Həkim Owen Tsang Tak-yin-nin dediyinə görə koronavirusdan sağalan şəxslər biraz cəld hərəkət edən zaman nəfəs almaqda çətinlik çəkəcəklər.

South China Morning Post-a açıqlama verən həkim bildirib ki, koronavirusdan sağalan şəxslərin ağciyərinin fəaliyyəti 30 faiz zəifləyir.

Xəstəlikdən sağalan şəxslərin rentgen müayinəsi zamanı ağciyərində bənzər ləkələr müşahidə edilib. Bu izlər SARS virusun yaratdığı ləkələr ilə oxşarlıq təşkil edib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni tip koronavirusu pandemiya elan edib. Ən çox ölüm halları Çin, Cənubi Koreya, İtaliya və İranda baş verir. Azərbaycanda 19 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 1-i ölüb, 3 nəfər isə sağalıb.

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …