Bazar ertəsi , Sentyabr 26 2022
Qaçan xəbərlər

Bu ölkələrdə koronavirus daşıyıcılarının sayı artdı

ABŞ, Panama, Rumıniya və yunan Kiprində koronavirusa yoluxanların sayı artıb.

Həftə.az xəbər verir ki, koronavirus daşıyıcılarının sayı ABŞ-da 2 033, Panamada 36, Rumıniyada 95, Cənubi Kiprdə isə 21 nəfərə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 145 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 145 816-ya çatıb. Bunların 72 550 nəfəri sağalıb, 5 438 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. Avropa isə pandemiyanın episentri sayılıb. 

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …