Cümə axşamı , Oktyabr 6 2022
Qaçan xəbərlər

Beş ölkədə koronavirusdan ölənlərin sayı artdı

İsveçrə, Polşa, Yunanıstan, İraq və Filippində koronavirus infeksiyasından ölənlərin sayı artıb.

Həftə.az xəbər verir ki, İsveçrədə 7, Polşa və Yunanıstanda 2, İraqda 10, Filippində isə 8 nəfər virusdan ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 145 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 145 874-ə çatıb. Bunların 72 553 nəfəri sağalıb, 5 438 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. Avropa isə pandemiyanın episentri sayılıb.

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …