Bazar , Oktyabr 2 2022
Qaçan xəbərlər

Bakıda sərnişin daşıyan şirkət külli-miqdarda cərimələndi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti “Monella” MMC barədə inzibati protokol tərtib edib.

Həftə.az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsi bu protokola əsasən, şirkətin 20 min manat cərimə edilməsi barədə qərar çıxarıb.

Şirkət İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) maddəsi ilə təqsirli bilinib.

Binəqədi Rayon Məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb və təmin edilməyib.

Qeyd edək ki, “Monella” MMC Bakıda şəhərdaxili sərnişin daşıyan şirkətdir. 

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …