Çərşənbə , Sentyabr 28 2022
Qaçan xəbərlər

Əhali bilməlidir: kütləvi şəkildə alınan dollar… – Xəbərdarlıq

“Biz Qarabağ uğrunda savaşda bəzi rayonları ona görə itirdik ki, müəyyən daxili və xarici düşmənlər əhali arasında panika, təşviş yaratdı. İndi də eyni şeylər baş verir, amma başqa müstəvidə”.

Həftə.az xəbər verir ki, bu sözləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev mediaya müsahibəsində deyib. O bildirib ki, “inandırma yolu ilə” əhalinin dollar alışının qarşısını almaq mümkün olmayacaq, manatın qorunması ilə bağlı qanun qəbul edilməlidir:

“Biz imkan verə bilmərik ki, o zaman torpaqlarımızı itirdiyimiz kimi, indi də ölkənin iqtisadiyyatını çökdürüb, onu defolt vəziyyətinə salsınlar. Əhali də bilməlidir ki, kütləvi şəkildə dollar almaqla iqtisadiyyata ciddi ziyan vurur və bank-maliyyə sektoru çöksə, dəyişdirdiyi dollar heç kəsin köməyinə çatmayacaq və biz ağır sınaqlarla üz-üzə qalacağıq”.

Baxın

Azərbaycanda 4 bankın bütün səlahiyyətləri alındı

Azərbaycan Respublikasnın Mərkəzi Bankının İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli müvafiq qərarları ilə “Atabank” …