Çərşənbə , Oktyabr 5 2022
Qaçan xəbərlər

Yunanıstan prezidentinin andiçmə mərasimində dəyişiklik

Koronavirus epidemiyasının yayılması Yunanıstanın yeni Prezidenti Aykaterini (Katerina) Sakellaropulunun andiçmə mərasiminin keçirilməsində dəyişikliyə səbəb olub.

Həftə.az xəbər verir ki, mərasim “dar çərçivədə”, demək olar, qonaqsız şəraitdə və ciddi profilaktik tədbirlər görülməklə keçiriləcək.

A.Sakellaropulu cümə günü prezident vəzifəsinin icrasına başlayır. O, Yunanıstan prezidenti seçilmiş ilk qadındır. O, parlamentdə plenar iclasda and içəcək. Plenar iclasda 170-dən az adamın iştirak edəcəyi təxmin edilir. Hərçənd əvvəlki analoji mərasimlərə qatılanların sayı təxminən 1 000 nəfər olardı. 

Hökuməti Baş nazir Kiriakos Mitsotakis və bir neçə nazir, parlament partiyalarını isə liderləri və nümayəndələri təmsil edəcəklər. Ümumilikdə 35-40 deputatın olacağı təxmin edilir.

Baxın

Gürcüstanın baş naziri: “Azərbaycanla ehtiyatlı olmalıyıq”

“David Qareci məsələsinin siyasiləşdirilməsi yolverilməzdir”. Hefte.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri Giorgi Qaxariya …