Çərşənbə , Oktyabr 5 2022
Qaçan xəbərlər

“WhatsApp”da ölüm xəbəri yayılan oğlan danışdı

Şayiə yayan şəxslərə qarşı ciddi tədbirlər görülməlidir.
Tanış olun, bir neçə gün öncə votsap statuslarında koronavirusdan ölüm xəbəri yayılan qəhrəman Eyvaz Cəfərov.

Eyvazın səhnələşdirilmiş ölüm xəbəri qısa müddətdə geniş auditoruyaya çıxır. Çox keçməmiş Votsap zarafatının əsas təşəbbüskarları olan Eyvaz və Faiq aşkarlanır. Zarafatın təşəbbüskarlarından olan Faiq nə özünə, nə də dostuna haqq qazandırmır. Çünki onların zarafat bilib etdikləri yüzlərlə insanın əsəblərini tarıma çəkib, vətəndaşlar arasında əsassız panikaya səbəb olub.
Faiq və Eyvazın zarafat adı ilə etdiyi paylaşım, heç kimi üzündə təbəssümə səbəb olmayıb. Bu mənada bir-birinə tən gələn dostlar əməllərindən peşmandılar.
Qayıdaq zarafatın əsas qəhrəmanı olan Eyvaz Cəfərova. Hər dəfə evdən çıxanda valideynləri tərəfindən koronavirusun profilaktikası ilə bağlı öyüd nəsihət eşidən Eyvaz ən azı onların təvsiyyəsini qulaqardına vurmamalıdır. Cəmiyyətin tamhüquqlu üzvü olan hər kəs öz sosial məsuliyyətini anlamalıdır. Bunu başa düşmək istəməyən vətəndaşlara qarşı daha ciddi tədbirlər görülməlidir. Əks halda insanları panikaya salan şayiə epidemiyasını karantinə almaq olmayacaq.
Vətəndaşlara isə tövsiyyəmiz var. Sosial şəbəkələrdə və digər messencerlərdə rastlaşdığınız təsadüfi məlumatlara inanmayın.

Həftə.az həmin videonu sizə də təqdim edir:

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …