Bazar ertəsi , Sentyabr 26 2022
Qaçan xəbərlər

ÜST Azərbaycanda koronavirusa qarşı görülən tədbirləri belə qiymətləndirdi

Azərbaycan koronavirus pandemiyasına (COVID-19) qarşı mübarizə üzrə hazırlıq tədbirlərini genişləndirir.

Həftə.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Ofisinin rəsmi səhifəsində məlumat yayılıb.

Təşkilatın saytında qurumun missiyasının Azərbaycana səfəri barədə məlumat verilib və Azərbaycanın koronavirusun yayılmasının qarşısının alınması istiqamətində həyata keçirdiyi tədbirlər, ÜST-lə əməkdaşlığı təqdir olunub.

Qeyd olunub ki, hazırda ÜST-nin ekspertlərindən ibarət bir qrup şəxs Azərbaycan hökümətinə cavab və hazırlıq tədbirləri ilə bağlı dəstək göstərmək üçün Bakıda səfərdədir. 5 günlük səfər müddətində ekspert qrupu Səhiyyə Nazirliyi, TƏBİB-in tabeliyində olan xəstəxanalara, eləcə də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyalarına, Azərbaycan Tibb Universitetinə baş çəkib.

Bildirilib ki, bu günə qədər Azərbaycan koronavirusun az sayda idxalını təsdiqləyib. Ölkə İranla həmsərhəd olduğundan virusa yoluxma ilə bağlı bir çox fakt təsdiqlənib.

Azərbaycan hökumətinin qonşu ölkələrlə əlaqələli şəkildə koronavirusun yayılmasının qarşısının alınmasında qlobal səylərə töhfə verdiyi və ÜST-nin strateji hazırlıq və cavab planına 5 milyon ABŞ dolları ayırdığı vurğulanıb.  

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …