Bazar ertəsi , Sentyabr 26 2022
Qaçan xəbərlər

Türkiyədə tədris dayandırılır

Həftə.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə prezidenti R.T.Ərdoğanın başçılığı ilə keçirilən toplantıda bu barədə qərar verilib. 

Prezidentin köməkçisi mətbuata açıqlamasında, koronovirisla (COVİD-2019) əlaqədar orta məktəblərin martın 16-dan etibarən bağlanacağı və tədrisə 1 həftə ara veriləcəyini bildirib.

İbrahim Kalın açıqlamasında, universitetlərdə də tədrisin dayandırılacağını açıqlayıb. Orta məktəblərdən fərqli olaraq, universitetlərdə tədris prossesinə 3 həftə ara veriləcək.

Kalın açıqlamasında, həmçinin, Türkiyə prezidenti R.T.Ərdoğanın xarici səfərlərinin qeyri-müəyyən vaxta qədər təxirə salındığını da bildirib.

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …