Çərşənbə , Sentyabr 28 2022
Qaçan xəbərlər

Türkiyədə cümə namazları ilə bağlı qərar verildi

Koronavirus aşkarlanan ölkələrdə yüksək risk qrupuna daxil olan müsəlmanlar cümə namazı əvəzinə evdə günorta namazı qıla bilər.

Həftə.az xəbər verir ki, bu barədə Türkiyənin Dini İşlər üzrə Təşkilatı açıqlama yayıb.

Bildirilib ki, ictimai sağlamlığın qorunması, xəstəliyin yayılmaması üçün karantində saxlanılan insanlara cümə namazı vacib deyil: “Həmin insanların camaata qatılması yolverilməzdir”.

Qeyd edək ki, martın 12-də Türkiyədə prezidentin sədrliyi ilə koronavirusla bağlı müşavirə keçirilib. Müşavirədə Rəcəb Tayyib Ərdoğanın səfərlərinin təxirə salınması, bütün təhsil müəssisələrinin bağlanması, bütün kütləvi tədbirlərin keçirilməsinin təxirə salınması haqqında qərar qəbul edilib.

Eyni zamanda dövlət məmurlarının xarici ölkəyə istənilən səfəri rəsmi olaraq dayandırılıb.

Bu gündədək Türkiyədə 2 nəfərin koronavirusa yoluxması faktı qeydə alınıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 128 ölkədə qeydə alınıb.

Baxın

Gürcüstanın baş naziri: “Azərbaycanla ehtiyatlı olmalıyıq”

“David Qareci məsələsinin siyasiləşdirilməsi yolverilməzdir”. Hefte.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri Giorgi Qaxariya …