Bazar ertəsi , Sentyabr 26 2022
Qaçan xəbərlər

Suriyada bu insanlar edam edilir – SƏBƏB

Koronavirus milyonlarla insanın əsir düşərgələrində yaşadığı Suriyada səssiz-sədasız yayılır.

Həftə.az xəbər verir ki, pandemiyanın xüsusilə də Bəşər Əsəd ordusunun İran hərbi qüvvələri ilə birlikdə nəzarət etdiyi bölgələrdə yayıldığı bildirilib.

Bölgələrdə çox sayda insanın koronavirus səbəbindən öldüyü açıqlanıb.

Suriya İnsan Haqları Müşahidə Missiyasının rəhbəri Rami Əbdürrəhman, Tartus, Ləzgiyə, Dəməşq və Humusda ümumilikdə 62 nəfərdə koranavirusun təsbit edildiyini, amma yoluxma halının bundan daha çox olduğunu deyib.

Əbdürrəhman koronovirusun İran və İraqdan gələn hərbçilər vasitəsilə yayıldığını, amma bunun Əsəd rejimi tərəfindən gizlədildiyini söyləyib. Bir sıra mənbələr isə Əsəd rejiminin koronavirusla mübarizədə qəddar üsullara baş vurduğunu iddia edirlər.

Məlumata görə, Dəməşqdəki Əl-Müctəhid və Əl-Müvasa xəstəxanalarında koronavirusa yoluxmuş xəstələr üçün karantin imkanı olmadığı üçün onlar yüksək dozada anesteziya ilə öldürülürlər. Həmin mənbələr iranlı hərbçilərdən virusa yoluxmuş iki tibb bacısının eyni yolla öldürüldüyünü yazıb. Qeyd edilib ki, İran hərbi qüvvələrinin sıx olduğu Deyr əz-Zor bölgəsində də çox sayda insan koronovirusdan həyatını itirib.

Ölüm hesabatlarında baş verənlərə “ağciyər iltihabı” və ya “böyrək çatışmazlığı” kimi diaqnozlar qoyulur. Habelə bölgədə həyatını itirənlər üçün yas mərasimlərinin keçirilməsi də qadağan olunub. Digər yandan, Suriyadan Pakistana gedən 6 nəfərdə koronovirusun aşkar olunduğu diqqət çəkib.

Baxın

Gürcüstanın baş naziri: “Azərbaycanla ehtiyatlı olmalıyıq”

“David Qareci məsələsinin siyasiləşdirilməsi yolverilməzdir”. Hefte.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri Giorgi Qaxariya …