Bazar ertəsi , Sentyabr 26 2022
Qaçan xəbərlər

Siyavuş Novruzov: “Yalandan ajiotaj yaradırlar….”

“Bu gün yalandan bir ajiotaj yaradırlar. Neftin qiymətinin düşməsi və digər tədbirlərlə əlaqədar dövlət lazımi addımları atır”.

Həftə.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, əsasən xaricdə olan mətbuat orqanları bu məsələləri şişirdillər: “Az qalırlar ki, dursunlar oynasınlar. Bu gün neftin gəlirlərindən dövlət tərəfindən çox böyük işlər görülür. Hesab edirəm ki, mütəxəssislər televizyaya çıxıb insanlara deməlidir ki, həmin ajitajlara inanmasınlar. Bu məsələdə insanlarımız narahat olmasınlar. Dövlət və dövlət başçısı insanların yanındadır”.

Baxın

Gürcüstanın baş naziri: “Azərbaycanla ehtiyatlı olmalıyıq”

“David Qareci məsələsinin siyasiləşdirilməsi yolverilməzdir”. Hefte.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri Giorgi Qaxariya …