Bazar , Oktyabr 2 2022
Qaçan xəbərlər

Serbiyalı futbolçuda koronavirus tapıldı

İtaliya “Fiorentina”sının futbolçusu Duşan Vlahoviçin koronavirus testi müsbət nəticə verib.

Həftə.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, hazırda serbiyalı hücumçu evindədir. Onun xəstəlik simptomlarının olmadığı bildirilir.

“Fiorentina” qanunla tələb olunan bütün izolyasiya prosedurlarını aktivləşdirib. Vlahoviçlə təmasda olmuş bütün şəxslərin qeydiyyata alınmasına başlanılıb.

Daha əvvəl İtaliyada “Sampdoriya”nın 5 futbolçusu – Manolo Qabbyadini, Albin Ekdal, Omar Kolli, Antonio La Qumina və Morten Torsbyu, eləcə də klubun həkimi Amedeo Baldarinin koronavirusa yoluxduqları açıqlanıb. 

Baxın

“Çelsi”nin koronavirusa yoluxan futbolçusu açıqlama verdi

“Yəqin ki, bilirsiniz, son günlərdə virusa yoluxdum. Sağlamlıq qaydalarına riayət edirəm”. Həftə.az xəbər verir ki, …