Bazar ertəsi , Sentyabr 26 2022
Qaçan xəbərlər

Rus bölməsi üçün də teledərslər başladı – CƏDVƏL

Azərbaycanda rus bölməsində təhsil alan şagirdlər üçün də teledərslər başlayıb. 

Təhsil Nazirliyindən verilən məlumata görə, “Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin martın 16-sı üçün nəzərdə tutulan cədvəli müəyyənləşdirilib.

Martın 16-dan etibarən rus bölməsi üzrə təhsil alan şagirdlər, eləcə də məktəbəhazırlıq qruplarında oxuyan uşaqlar üçün də teledərslərə start verilir.

Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir.

Təhsil Nazirliyinin təşkilatçılığı ilə yayımlanan “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər bu imkanı Təhsil Nazirliyinin elektron resursları ilə qazana bilərlər.

Xatırladaq ki, koronavirus (COVİD – 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi mart ayının 27-dək dayandırılıb.

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …