Bazar ertəsi , Sentyabr 26 2022
Qaçan xəbərlər

Qarabağda çaxnaşma: “Qərb müdaxiləyə hazırlaşır”

Ermənistanda nəşr olunan “İrates” qəzeti Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki son vəziyyətə diqqət çəkib.

Həftə.az xəbər verir ki, nəşr martın 31-də işğal altındakı bölgədə keçiriləcək qondarma seçkilərdən əvvəl Qarabağda gərginliyin hökm sürdüyünü yazıb.

“İrates”in iddiasına görə, Qərbdən olan siyasi dairələr ciddi-cəhdlə “prosesə” müdaxilə etməyə hazırlaşır:

“Ermənistan hakimiyyətinin xarici havadarları Qarabağda aranı qarışdırmaq üçün hərəkətə keçib. Ehtimal olunan bu müdaxilə bölgədə gərginliyə yol açacaq”.

Nəşr qeyd edir ki, Qərbin qondarma prosesdəki namizədi separatçı rejimin “xarici işlər naziri” Masis Mayilyandır. Mənbə, eyni zamanda, 1990-cı illərdə Ermənistan rəhbərliyinin Dağlıq Qarabağda işğal planını həyata keçirən separatçı qüvvələrin başçısı Samvel Babayanın da fəallığına diqqət çəkir.

“İrates” Babayanın təmsil etdiyi qüvvələrin Mayilyan və dəstəkçilərinə qarşı olduğu, “seçkinin nəticələri” qarşı tərəfin lehinə olacağı halda bunun bölgədə çaxnaşmaya yol açacağını bildirib. Mənbə ehtimal olunan gərginliyin Azərbaycanla savaşı körükləyəcəyini istisna etməyib.

Baxın

Gürcüstanın baş naziri: “Azərbaycanla ehtiyatlı olmalıyıq”

“David Qareci məsələsinin siyasiləşdirilməsi yolverilməzdir”. Hefte.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri Giorgi Qaxariya …