Bazar ertəsi , Oktyabr 3 2022
Qaçan xəbərlər

Pandemiya daha iki ölkədə…

Afrikanın daha iki ölkəsində koronavirusa ilk yoluxma halı qeydə alınıb.

Həftə.az xəbər verir ki, Efiopiya və Sudanda koronavirus aşkarlanıb.

Məlumata görə, hər iki ölkədə bir nəfərdə virus daşıyıcısı müəyyənləşib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 133 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 138 937-yə çatıb. Bunların 70 726 nəfəri sağalıb, 5 111 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. 

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …