Cümə axşamı , Oktyabr 6 2022
Qaçan xəbərlər

Neft savaşının ilk dalğası bu 3 dövləti vurdu

Neft qiymətlərinin kəskin enişindən hər kəsdən çox Səudiyyə Ərəbistanının OPEK-dəki müttəfiqləri – İraq, Əlcəzair və Nigeriya əziyyət çəkir.

Həftə.az xəbər verir ki, bunu CNBC-yə müsahibəsində Beynəlxalq Energetika Agentliyinin direktoru Fateh Birol deyib. Onun sözlərinə görə, bu ölkələr çox çətin vəziyyətdədirlər və maliyyə dəstəyinə ehtiyac duyurlar:

“Onlar ciddi maliyyə problemləri ilə üzləşiblər. Onlardan çoxunda dövlət sektorunun işçlərinin maaşların və səhiyyə, eləcə də təhsillə bağlı xərclərin ödənilməsində çətinlikləri yarana bilər. Bu da öz növbəsində sosial gərginliklər yarada bilər. Neft müharibəsi İraq üçün daha həssas vəziyyət yaradıb”.

Baxın

Azərbaycanda 4 bankın bütün səlahiyyətləri alındı

Azərbaycan Respublikasnın Mərkəzi Bankının İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli müvafiq qərarları ilə “Atabank” …