Bazar ertəsi , Oktyabr 3 2022
Qaçan xəbərlər

Məşhur klubun futbolçusu koronavirusa yoluxdu – FOTO

İngiltərənin “Çelsi” klubunun futbolçusu Kallum Hadson-Odoi koronavirusa yoluxub. 

Həftə.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

Bildirilib ki, yaxın vaxtlarda 20 yaşlı hücumçu ilə təmasda olanlar karantinə alınacaq. 

Bunlara ilk olaraq komandanın əsas heyəti, məşqçilər və klubda çalışanlar daxildir. İngiltərəli oyunçu ilə əlaqəsi olmayan şəxslərin yaxın günlərdə işə qayıdacağı gözlənilir. 

Klub futbolçunun sağalmasını arzulayır və onun tezliklə komandaya qoşulacağını gözləyir. 

Qeyd edək ki, daha öncə “Arsenal”ın baş məşqçisi Mikel Artetada koronavirus aşkarlanıb. 

Baxın

Koronavirusa yoluxan idmançılar – SİYAHI

Dünyada koronavirusa yoluxan idmançılardan indiyədək 11-nin adı ictimaiyyətə açıqlanıb. Həftə.az xəbər verir ki, onların 6-sı …