Çərşənbə , Oktyabr 5 2022
Qaçan xəbərlər

Koronavirusun Çindən yox bu dövlətdən gəldiyi açıqlandı

“Dürüst olun! Məlumatlarınızı dərc edin! ABŞ bizə izah etməlidir”.

Həftə.az xəbər verir ki, bu fikirləri Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Çjao Litszyan “Twitter” səhifəsində yazıb.

O, bununla Amerika Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin rəhbəri Robert Redfildin sözlərinə cavab verib. Belə ki, mərkəz rəhbəri daha əvvəl verdiyi açıqlamada ABŞ-da insanların bir neçə dəfə qirpdən öldüyü düşünüldüyü halda sonradan onlarda koronavirus aşkar edildiyini söyləmişdi.

Xatırladaq ki, ötən il dekabrın 31-də Çin hökuməti Uhan şəhərində sətəlcəm xəstəliyinin yayıldığını elan edib. Xəstəliyin törədicisi rəsmi adı COVID-2019 olan koronavirusun yeni növüdür.

Koronavirus infeksiyasına yoluxma halları artıq dünyanın 110-dan çox ölkəsində qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusu pandemiya elan edib.

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …