Çərşənbə , Oktyabr 5 2022
Qaçan xəbərlər

“Koronavirusla mübarizəyə hazır deyilik” – Erməni mediası

Ermənistan koronavirusla mübarizəyə hazır deyil.

Həftə.az xəbər verir ki, bu məlumatı “Qraparak” qəzeti yayıb. Qəzet Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələrinin bir neçə gündür Ermənistanda olduğunu və yoxlamalar apardığını bildirib.

“Hesab edilir ki, yoluxanların sayı artsa, vəziyyət ağır olacaq. ÜST-ün yardımı olmadan müqavimət göstərə bilməyəcəyik. Xəstəxana çarpayıları, dərman həcmiylə bağlı problemlər var. Əgər epidemiya başlasa, 24 yoluxma yox, say həddən artıq çox olacaq”, – xəbərdə bildirilib.

Qeyd edək ki, Ermənistanda koronavirusa yoluxanların sayı rəsmi açıqlamaya görə 4 nəfərdir, 24 nəfər isə karantindədir.

Qeyri-rəsmi məlumatda isə virusun əsgərlər arasında yayıldığı bildirilir.

Baxın

Gürcüstanın baş naziri: “Azərbaycanla ehtiyatlı olmalıyıq”

“David Qareci məsələsinin siyasiləşdirilməsi yolverilməzdir”. Hefte.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri Giorgi Qaxariya …