Bazar ertəsi , Oktyabr 3 2022
Qaçan xəbərlər

Koronavirusa yoluxan idmançılar – SİYAHI

Dünyada koronavirusa yoluxan idmançılardan indiyədək 11-nin adı ictimaiyyətə açıqlanıb.

Həftə.az xəbər verir ki, onların 6-sı futbolçu, 4-ü basketbolçu, 1-i isə velosipedçidir. 

Koronavirus testi müsbət nəticə verən oyunçular İtaliya “Yuventus”undan Daniele Ruqani və Paulo Dibala, “Sampdoriya”dan Manolo Qabbyadini, İngiltərənin “Çelsi” klubundan Kallum Hadson-Odoi və Almaniyanın II Bundesliqa təmsilçisi “Hannover”dən Yannes Horn və Timo Hübersdir. Həmçinin, İngiltərə “Arsenal”ının baş məşqçisi Mikel Artetanın da virusa yoluxduğu məlum olub.

Koronavirus aşkarlanan basketbolçular ABŞ-ın “Denver Naggets” klubundan Rudi Qober, “Yuta Caz”dan Emanuel Mudiay və Donovan Mitçell, İspaniya “Real Madrid”indən isə Trey Tomkinsdir.

Velosipedçi Fernando Qaviriyada da virusun simptomlarına rast gəlinib.

Qeyd edək ki, İngiltərənin “Lester” və “Everton” klublarından adı açıqlanmayan ümumilikdə 4 futbolçunun da koronavirus testi müsbət nəticə verib.

Baxın

“Çelsi”nin koronavirusa yoluxan futbolçusu açıqlama verdi

“Yəqin ki, bilirsiniz, son günlərdə virusa yoluxdum. Sağlamlıq qaydalarına riayət edirəm”. Həftə.az xəbər verir ki, …