Cümə , Sentyabr 30 2022
Qaçan xəbərlər

Koronavirusa Qazaxıstana da gəldi

MDB məkanına daxil olan daha bir ölkədə koronavirusa yoluxma halı qeydə alınıb.

Həftə.az xəbər verir ki, Qazaxıstanda iki nəfərdə virus aşkarlıb.

Qazaxıstanın səhiyyə naziri Eljan Birtanov martın 13-də keçirdiyi brifinqdə həmin şəxslərin Almaniyadan gəldiklərini açıqlayıb.

O həmçinin hər iki şəxsin təmasda olduğu insanların axtarışlarına başladıqlarını bildirib.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 127 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 134 930-a çatıb. Bunların 70 405 nəfəri sağalıb, 4 990 nəfəri isə ölüb.

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …