Bazar ertəsi , Sentyabr 26 2022
Qaçan xəbərlər

Koronavirus bəlası: Meymunlar şəhəri “işğal etdi” – Video

Koronavirus epidemiyası nəticəsində turist axınının kəskin zəifləməsindən dolayı Tailandın Sonqxa şəhəri digər bir təhlükə ilə üz-üzə qalıb.

Həftə.az xəbər verir ki, şəhərdə meymunları yemləyən turistlərin kəskin şəkildə azalması bu heyvanların günlərdir ac qalmasına səbəb olub.

Heyvanlar qida tapmaq üçün evlərə, mağazalara, müxtəlif obyektlərə hücum edir.

Məlumata görə, sakinlər sayı minlərlə olan meymunlarla mübarizə aparmaqda çətinlik çəkir.

Qeyd edilir ki, KOVİD-19 epidemiyasından dolayı Tailanda turist axını 44 faiz azalıb.

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …