Bazar ertəsi , Sentyabr 26 2022
Qaçan xəbərlər

İspaniyanın daha bir nazirində koronavirus aşkarlandı

İspaniyanın ərazi siyasəti və dövlət qulluğu naziri Karolina Darias koronavirusa yoluxub.

Həftə.az xəbər verir ki, bunu İspaniya hökuməti açıqlayıb.

“Müəyyən edilmiş protokola əsasən, martın 12-də hökumətin bütün üzvləri koronavirus testindən keçib. Həmin testlər yalnız ərazi siyasəti və dövlət qulluğu nazirində pozitiv nəticə verib”, – açıqlamada bildirilib.

Qeyd edək ki, ötən gün İspaniyanın bərabərlik nazirində koronavirusun aşkarlandığı açıqlanmışdı.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 127 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 134 818-ə çatıb. Bunların 70 395 nəfəri sağalıb, 4 984 nəfəri isə ölüb.

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …