Çərşənbə , Oktyabr 5 2022
Qaçan xəbərlər

İngiltərənin futbolçusu karantinə alındı

İngiltərənin “Bornmut” klubunun qapıçısı Artur Boruts karantinə alınıb.

Həftə.az xəbər verir ki, 40 yaşlı polşalı qolkiperlə yanaşı, klubun 4 əməkdaşında koronavirus pandemiyasının simptonları aşkarlanıb. 

Borutsdan əlavə, komanda üzvlərinin də təcrid olunmalarının ehtiyat tədbir olduğu açıqlanıb: “Hazırda heç kimin koronavirus testi müsbət nəticə verməyib. Klub vəziyyəti yaxından izləməyə və müvafiq tədbirlər görməyə davam edəcək”.

Qeyd edək ki, UEFA Avropa Liqası və Çempionlar Liqasının dayandırılması ilə bağlı qərar çıxarıb. Koronavirus səbəbindən Avropanın bir çox ölkəsində çempionatlər təxirə salınıb. 

Hazırda İtaliya “Milan”ında çıxış edən və mövsümün ilk yarısında “Qarabağ”ın formasını geyinən Asmir Beqoviç müqavilə ilə “Bornmut”a məxsusdur.  

Baxın

“Çelsi”nin koronavirusa yoluxan futbolçusu açıqlama verdi

“Yəqin ki, bilirsiniz, son günlərdə virusa yoluxdum. Sağlamlıq qaydalarına riayət edirəm”. Həftə.az xəbər verir ki, …