Cümə axşamı , Oktyabr 6 2022
Qaçan xəbərlər

Hökumət başçısında koronavirus aşkarlandı

Rumıniyanın müvəqqəti baş naziri Lüdvik Orban koronavirusa yoluxma şübhəsi ilə özünü təcrid edib.

O, bir müddət əvvəl koronavirusa yoluxduğu təsdiqlənən Liberal Partiyasının senatoru ilə görüşüb. Müvəqqəti baş nazirlə yanaşı, Liberal Partiyanın lideri də təcrid edilib. Hazırda onların testinin nəticəsi gözlənilir.

Qeyd edək ki, martın 13-də L.Orban Rumıniya prezidenti Klaus Yoxannislə gələn həftə hökumətin formalaşması məsələsini müzakirə etməyi planlaşdırırdı.

Xatırladaq ki, 56 yaşlı siyasətçi 2019-cu il noyabrın 4-dən hökumətə başçılıq edir. 2020-ci il fevralın 5-də onun qurduğu hökumət parlamentdə səs ala bilməmişdi. Ona görə də onun qurduğu kabinet istefaya getmişdi.

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …