Bazar ertəsi , Oktyabr 3 2022
Qaçan xəbərlər

Ezamiyyə səfərləri də dayandırıldı

Martın 14-ü saat 00:00-dan ölkədə tədbiq olunacaq xüsusi rejimlə əlaqədar dövlət strukturlarında çalışan bütün şəxslərin və səhiyyə işçilərinin ölkədən kənara səfərləri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın icazəsi əsasında həyata keçiriləcək.

Bu barədə Həftə.az Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadla xəbər verir.
Eyni zamanda, dövlət və özəl sektorda çalışan şəxslərin ən vacib məqamlar istisna olmaqla ezamiyyə səfərlərinə məhdudiyyət tətbiq ediləcək.
Qeyd edək ki, tətbiq olunan xüsusi rejim bir ay davam edəcək.

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …