Çərşənbə , Oktyabr 5 2022
Qaçan xəbərlər

Ermənistanda bütün təhsil müəssisələri bağlandı

Ermənistanda martın 13-dən bağça, orta məktəb və ali təhsil məktəbləri bağlanıb.

Həftə.az xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan bildirib.

Ölkədə təhsilin yenidən başlayacağı vaxt açıqlanmayıb.

Hökumət başçısı koronavirusla bağlı yaranmış vəziyyətə görə məzuniyyətini dayandıraraq işə qayıdıb. O, konstitusyaya dəyişiklik etmək üçün keçiriləcək referendumla əlaqədar məzuniyyətə çıxmışdı. 

Ermənistanda referendumla bağlı təbliğat kampaniyası da dayandırılıb. 

Ermənistanın səhiyyə naziri Arsen Torosyan “Facebook” səhifəsində ölkədə koronavirusa daha 2 nəfərin yoluxduğu barədə məlumat yayıb.

Qeyd edək ki, martın 12-də Ermənistanda 4 nəfərin virusa yoluxduğu, 57 nəfərin isə karantinə alındığı barədə rəsmi məlumat yayılmışdı. 

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …