Şənbə , Oktyabr 1 2022
Qaçan xəbərlər

Baş nazir: “Sabah fövqəladə vəziyyət elan oluna bilər”

“Hazırkı mərhələdə koronavirusla bağlı Gürcüstanda fövqəladə vəziyyətin elan edilməsinə ehtiyac yoxdur”.

Həftə.az xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Giorgi Qaxaria xüsusi brifinqdə bildirib.

Baş nazir bu gün ölkədə fövqəladə vəziyyətin elan edilməsinə ehtiyac görmədiyini deyib: “Amma ola bilər ki, buna sabah ehtiyac yaransın”.

Qeyd edək ki, bu günə qədər qonşu ölkədə koronavirusa 25 yoluxma halı təsdiqlənib. Karantində 245, stasionar nəzarətdə isə 58 nəfər saxlanılır. 

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …