Bazar ertəsi , Sentyabr 26 2022
Qaçan xəbərlər

Azərbaycanlı futbolçu Estoniyadan çıxa bilmir

Ötən ay Estoniyanın “Trans Narva” klubu ilə müqavilə imzalayan azərbaycanlı futbolçu Nurlan Novruzov sözügedən ölkədə problemlə üzləşib.

Həftə.az xəbər verir ki, bu barədə 27 yaşlı hücumçu özünün “Facebook” səhifəsində məlumat paylaşıb.

Onun sözlərinə görə, koronavirusa görə ölkədə vəziyyət ciddidir: “Məşqlər və oyunlar ləğv olunub. Məktəblər, hətta marketlər də bağlanıb. Ölkədən çıxışa icazə verilmir. Vəziyyət ciddidir. Allah hamıya kömək olsun”.

Qeyd edək ki, “Bakı”, “Sumqayıt”, “Zirə”, “Səbail” kimi komandaların formasını geyinib. O, son olaraq Moldovanın “Dinamo-Avto” klubunda çıxış edib. Forvard 2014/2015 mövsümündə “Bakı”nın heyətində Azərbaycan Premyer Liqasının bombardiri olub.

Baxın

Koronavirusa yoluxan idmançılar – SİYAHI

Dünyada koronavirusa yoluxan idmançılardan indiyədək 11-nin adı ictimaiyyətə açıqlanıb. Həftə.az xəbər verir ki, onların 6-sı …