Bazar ertəsi , Sentyabr 26 2022
Qaçan xəbərlər

Azərbaycanın “İnterpol” xətti ilə axtarışa verdiyi əcnəbi…

Azərbaycan dövlətinin “İnterpol” xətti ilə beynəlxalq axtarışa verdiyi Fələstin vətəndaşı, 1990-cı il təvəllüdlü Milhem Basem Şlaş Almaniyada tutulub.

Həftə.az xəbərinə görə, araşdırma zamanı onun İsveç vətəndaşı olduğu da məlum olub.

Milhem Basem Şlaşın Azərbaycana ekstradisiyası üçün tədbirlər davam etdirilir.

M.Basem Şlaş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və və 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə “İnterpol” xətti ilə beynəlxalq axtarışa verilmişdi.

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …